...

Türkiyənin sabiq XİN rəhbəri ATƏT-in yeni Baş katibi oldu

Dünya xəbərləri Materials 6 Dekabr 2024 16:44 (UTC +04:00)
Türkiyənin sabiq XİN rəhbəri ATƏT-in yeni Baş katibi oldu
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin sabiq xarici işlər naziri və BMT-dəki keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni Baş katibi seçilib.

Trend-in xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə təşkilatın hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq məlumat verib.

“ATƏT-in yeni rəhbərliyini təbrik edirik. Feridun Sinirlioğlu (Türkiyə) – Baş katib, Mariya Telalian (Yunanıstan) – Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) – ATƏT-in milli azlıqlar üzrə ali komissarı, Yan Bratu (Norveç) – media azadlığı məsələləri üzrə nümayəndə”, – deyə Y.Borq özünün “X” sosial media səhifəsində yazıb.

Məlumata görə, bu qərar ATƏT-in 31-ci Nazirlər Şurasının 5-6 dekabr tarixlərində Maltada keçirilən iclasında Şimali Amerika, Avropa və Asiya qitələrindən olan 57 iştirakçı üzv dövlətin razılığı ilə qəbul edilib.

Qeyd edək ki, ATƏT-in Baş katibi üzv ölkələr tərəfindən 3 illik müddətə seçilir.

Xəbər lenti

Xəbər lenti