...

Tbilisidə hökumət əleyhinə etiraz aksiyası başa çatıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 8 Dekabr 2024 04:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

​Bakı. Trend:

Tbilisidə baş verən hökumət əleyhinə etiraz aksiyası dinc şəkildə başa çatıb. Etirazçılar Gürcüstan parlamentinin qarşısındakı ərazini tərk edərək Rustaveli prospektini boşaldır.

Trend-in məlumatına görə, mitinq dekabrın 7-də axşam Tbilisinin mərkəzində baş verib. Təhlükəsizlik qüvvələri etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməyib və Rustaveli prospektindən çıxarılmaları ilə bağlı hər hansı müdaxilə baş verməyib.

Parlamentə yaxın küçələrdə xüsusi təyinatlı qüvvələr və su şırnaqları səfərbər edilsə də, aksiyanın gərginlik yaratmadan sona çatdığı bildirilir.

Saat 02:30 radələrində etirazçılar parlamentin yaxın ərazilərini tərk edərək evlərinə qayıdıblar.

“TV Pirveli” jurnalistləri ilə bağlı hadisə:
Etiraz aksiyası zamanı müxalif “TV Pirveli” telekanalının çəkiliş qrupu ilə bağlı xoşagəlməz hadisə baş verib. Naməlum şəxslərin müdaxiləsi nəticəsində bir jurnalist itələnib, operator isə döyülüb. Hadisə ilə bağlı Gürcüstanın Xüsusi İstintaq Xidməti araşdırma başladığını bildirib.

xxx

19:23

Hökumət əleyhinə aksiyanın iştirakçıları parlament binası yaxınlığında yerləşən Rustaveli prospektində hərəkəti dayandırıblar.

Trend xəbər verir ki, parlament binası qarşısında aksiya bir neçə saatdır davam edir.

Hazırda vəziyyət sakitdir, Azadlıq meydanında və parlament binası ətrafında xüsusi təyinatlı qüvvələr müşahidə olunmur.

xxx

18:55

Müxalifət nümayəndələri, eləcə də onların tərəfdarları Tbilisidə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birinci korpusundan bir neçə kilometr aralıda yerləşən Rustaveli prospektindəki parlament binasına qədər yürüş təşkil ediblər.

Trend xəbər verir ki, yürüş iştirakçılarının bir tələbi var - ötən günlərdə keçirilən mitinqlərdə iğtişaşlara görə saxlanılan 28 nəfərin, eləcə də inzibati qaydada həbs edilən digər şəxslərin azadlığa buraxılması.

Onlar artıq qanunverici orqandan kənarda keçirilən əsas etiraza qoşulmağı planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti