Bakı. Trend:
Parisdə Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-dəki prezident seçkilərinin qalibi Donald Tramp arasında üçtərəfli görüş baş tutub.
Trend xəbər verir ki, görüş təxminən 20 dəqiqə davam edib. Görüşdən sonra hər hansı bir bəyanat verilməyib. Tərəflər arasında belə bir üçtərəfli görüş barədə razılıq isə əvvəlcədən əldə olunub.
Zelenski sosial şəbəkə “X”də görüşlə bağlı paylaşım edərək, müharibənin tez və ədalətli şəkildə başa çatmasını istədiklərini vurğulayıb:
“Güc vasitəsilə sülh mümkündür. Birgə işi davam etdirməklə bağlı razılıq əldə olunub”, - deyə Zelenski yazıb.
Qeyd edək ki, seçki kampaniyası zamanı Donald Tramp inauqurasiyadan əvvəl 24 saat ərzində Ukrayna münaqişəsinə son qoyacağını vəd edib. Həmçinin Tramp, Kiyevə çoxmilyardlı yardımların dayandırılacağını da bildirmişdi.
Xatırladaq ki, Tramp və Zelenski 2019-cu ildə yenidən qurulan Notr-Dam Katedralının açılış mərasimi üçün Fransaya səfər ediblər.