...

Litva sualtı enerji kabellərinin mühafizəsi üçün Aİ-dən maliyyə gözləyir

Dünya xəbərləri Materials 9 Fevral 2025 21:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litvada sualtı enerji kabellərinin mühafizəsinin təmin edilməsi üçün 30 milyon avrodan çox vəsait tələb olunur və ölkə hakimiyyəti bu məqsədlə Avropa İttifaqından maliyyə dəstəyi almağa ümid edir.

Trend xəbər verir ki, bu barədə Litvanın baş naziri Gintautas Paluckas Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Vilnüsdə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

"Mövcud vəziyyəti nəzərə alaraq, dəniz kabellərinin kritik infrastrukturunun qorunmasına ehtiyac 32-34 milyon avro arasında qiymətləndirilir", – deyə o qeyd edib.

Bu vəsait kabellərin həm fiziki, həm də texnoloji baxımdan mühafizəsinə yönəldiləcək. Paluckasın sözlərinə görə, Litva maliyyələşmənin Aİ-dən gəlməsini gözləyir, lakin vəsaitin ayrılmasına qədər hökumət daxili maliyyə resurslarından istifadə edə bilər.

“Siyasi qərar mümkün qədər tez qəbul edilməlidir”, – deyə Litvanın baş naziri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti