...

Suriya keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Küveytə səfər edəcək

Dünya xəbərləri Materials 10 Fevral 2025 01:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya keçid dövrü prezidenti təyin edilən Əhməd əl-Şaraa, yaxın vaxtlarda Küveytə səfər etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Küveytin “Əl-Qabas” qəzeti məlumat yayıb.

Əl-Şaraa, Küveyt Suriya administrasiyasının yeni başçısı kimi səfər edəcəyi ikinci Körfəz ölkəsi olacaq. Fevralın 2-də Əl-Şaraa ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib və fevralın 4-də Türkiyəyə səfər edib.

İlk xarici səfərləri zamanı Əl-Şaraa, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparıb.

Nəşr həmçinin qeyd edib ki, Küveyt, Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının nazirlər toplantısına sədrlik edəcək. Bu toplantı, fevralın 27-dən martın 29-dək davam edəcək Ramazan ayında Məkkədə keçiriləcək. Əl-Qabas mənbələrinin verdiyi məlumata görə, görüşdə Suriya xarici işlər naziri Əsəd əl-Şibani də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti