...

Laurinas Kasçunas Litvanın ən böyük müxalifət partiyasının sədri seçilib

Dünya xəbərləri Materials 10 Fevral 2025 02:24 (UTC +04:00)
Laurinas Kasçunas Litvanın ən böyük müxalifət partiyasının sədri seçilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litvanın keçmiş müdafiə naziri Laurinas Kasçunas, ölkənin ən böyük müxalifət partiyası olan “Vətən İttifaqı – Litva Xristian Demokratları”-nın sədri seçilib.

Trend xəbər verir ki, bu barədə siyasi təşkilatın seçki qərargahı məlumat yayıb.

Kasçunas 13 448 nəfərin, yəni partiya liderini seçənlərin 78%-inin səsini qazanıb.

Yeni seçilmiş sədr bildirib: “Səsvermənin nəticələri göstərir ki, partiyaya dəyişikliklər, əldə etdiyimiz yaxşı şeyləri qoruyub saxlamaqla yeni səhifənin açılması lazımdır.”

Kasçunas mart ayında partiyanın qurultayında rəsmi təsdiqdən sonra vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, mühafizəkarların lideri postuna beş nəfər namizədliyini irəli sürmüşdü. Onlar arasında keçmiş müdafiə naziri Arvidas Anuşauskas, parlament sədrinin müavini Radvile Morkunayte-Mikulenene, Seym deputatı Jigimantas Pavilyonis və partiyanın Yurbarkas şöbəsinin sədri Dayvaras Rıbakovas da var idi.

Xəbər lenti

Xəbər lenti