...

Misir, Qəzza zolağına 5 min yük maşını humanitar yardım göndərib

Dünya xəbərləri Materials 10 Fevral 2025 03:59 (UTC +04:00)
Misir, Qəzza zolağına 5 min yük maşını humanitar yardım göndərib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağında atəşkəs razılaşması başlandığı gündən bəri Misir, anklava 5 mindən çox yük maşını ilə humanitar yardım göndərib.

Trend xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi, İsrailin baş naziri Binyamin Netanyahunun bəyanatlarına cavab olaraq açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Misir, Netanyahunun Amerika media orqanlarına verdiyi müsahibəsindəki ritorikanı qəbul etmir, çünki bu cür bəyanatlar Misirin Qəzzaya yardım göstərmək üçün göstərdiyi səyləri dəyərsizləşdirir. Nazirlik, atəşkəsin başladığı andan etibarən Misirin Qəzza ərazisinə humanitar yardım daşıyan 5 min avtomobil göndərdiyini və həmçinin yaralılar, xəstələr və ikili vətəndaşların Qəzzadan çıxışı üçün asanlaşdırmaların həyata keçirildiyini qeyd edib.

Misir Xarici İşlər Nazirliyi əlavə edib ki, o, "fələstinlilərin - Misirə, İordaniyaya və ya Səudiyyə Ərəbistanına köçürülməsi ilə bağlı hər hansı çağırışları rədd edir və Qəzza zolağının sakinləri ilə həmrəy olduğunu" vurğulayıb.

Xəbər lenti

Xəbər lenti