Bakı. Trend:
Kolumbiya lideri Qustavo Petro nazirlərin və inzibati idarə rəhbərlərinin istefaya getməsini tələb edib.
Trend xəbər verir ki, dövlət başçısı bu barədə X hesabında paylaşım edib.
“Mən nazirlərin və inzibati idarə müdirlərinin rəsmi istefalarını tələb etdim. Xalqın müəyyən etdiyi proqrama daha çox əməl olunmasına nail olmaq üçün Nazirlər Kabinetində bəzi dəyişikliklər olacaq”, – deyə Petro bildirib.
O, hökumətinin ölkənin inkişafı üçün proqramın icrasına tam diqqət yetirəcəyini əlavə edib.
Fevralın 5-də Kolumbiyanın daxili işlər naziri Xuan Fernando Kristo nazirlərə fikir ayrılıqlarına görə istefa verməyi tövsiyə etmişdi. Bundan əvvəl Nazirlər Şurasının iclası keçirilib və burada hökumətə yeni təyinatlar müzakirə olunub. Armando Benedetti prezident administrasiyasının rəhbəri, 30 yaşlı Laura Sarabia isə xarici işlər naziri təyin edilib. Lakin bəzi hökumət üzvləri, o cümlədən vitse-prezident Fransia Markes bu təyinatlara qarşı çıxıb.