Bakı. Trend:
Vanuatu Respublikasının əsas adası olan Efatenin qərb sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri, təxminən 50 min insanın yaşadığı Port Vila şəhərindən 40 km qərbdə yerləşib. Təbii fəlakətin mərkəzi 33 km dərinlikdə olub.
Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir. Həmçinin, sunami təhlükəsi elan edilməyib.