...

İsveçrə seçiciləri sərt ekoloji qaydalara qarşı çıxıb

Dünya xəbərləri Materials 10 Fevral 2025 08:45 (UTC +04:00)
İsveçrə seçiciləri sərt ekoloji qaydalara qarşı çıxıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrə seçicilərinin əksəriyyəti milli referendumda ölkədə daha sərt ekoloji qaydaların tətbiqini rədd edib.

Trend xəbər verir ki, seçicilərin 70%-i Yaşıllar Partiyasının gənclər qanadının təklif etdiyi ekoloji təşəbbüsün əleyhinə səs verib.

Təklifə əsasən, 10 il ərzində iqtisadi fəaliyyət nəticəsində yaranan karbon emissiyalarının təbiət tərəfindən davamlı şəkildə mənimsənilməsi tələb olunurdu. Bunun üçün konstitusiyaya planetin təbii sərvətlərinə hörmətlə bağlı xüsusi müddəanın əlavə edilməsi nəzərdə tutulurdu.

Hökumət, biznes dairələri və sağçı siyasi partiyalar Yaşıllar Partiyasının bu təşəbbüsünə qarşı vahid mövqe sərgiləyiblər. Onların fikrincə, bu cür tədbirlər iqtisadiyyat və vətəndaşlar üçün mənfi nəticələr doğura bilər.

Xəbər lenti

Xəbər lenti