...

ABŞ polad və alüminumun idxalına 25%-lik rüsum tətbiq etməyə hazırlaşır

Dünya xəbərləri Materials 10 Fevral 2025 14:04 (UTC +04:00)
ABŞ polad və alüminumun idxalına 25%-lik rüsum tətbiq etməyə hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp polad və alüminumun Amerikaya idxalına 25%-lik gömrük rüsumların tətbiqinə başlayacaqlarını bəyan edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında deyib.

Trampın sözlərinə görə, o yeni “metal tariflərini” bu gün elan edəcək. Amerikalı dövlət başçısı həmçinin bildirib ki, ölkələrin ABŞ-yə qarşı nə cür gömrük siyasəti yürüdəcəksə, onun da qarşılığını alacaq.

“Çox sadə, onlar bizim mallardan rüsum tutsalar, biz də onların mallarından rüsum tutacağıq”, - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin əsas polad idxalçıları Kanada, Braziliya və Meksikadır. Aluminiuma gəlincə, ölkənin bu metal növünə olan tələbatının 79 faizini Kanada ödəyir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti