...

Avropada təbii qaz qiymətləri kəskin bahalaşıb

Dünya xəbərləri Materials 10 Fevral 2025 15:09 (UTC +04:00)
Avropada təbii qaz qiymətləri kəskin bahalaşıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropada təbii qaz qiymətləri iki illik maksimumuna çatıb. Yanacağın bahalaşmasına səbəb regionda havaların soyuq keçməsi fonunda yeraltı anbarlarda olan qaz ehtiyatlarının tükənməkdə olması, həmçinin, yeni tədarüklərdə problemlərin yarancağı ilə bağlı proqnozlardır.

Trend xəbər verir ki, bu haqda “Bloomberg” yazır.

Fevralın 10-da Avropada qaz etalon fyuçersləri 4,1% bahalaşaraq – 58 avro/Mvt-saat-a qədər qalxıb. Bu, agentliyin bildirdiyinə görə, 2023-cü ilin fevral ayından bəri ən yüksək göstəricidir. Yaxın aylar üçün Niderland qazının fyuçersləri 2,7% bahalaşıb (57,26 avro/Mvt-saat).

Temperaturun aşağı olması ilə əlaqədar Avropada isitməyə olan tələbat qarşıdakı günlərdə daha da arta bilər. Bu, əsasən, regionun şimal-qərb zonası üçün proqnozlaşdırılır. Bundan başqa, bərpa oluna bilən enerji ehtiyatlarının lazımınca yığılmamasına səbəb küləklərin zəifləməsi olub ki, bu da öz növbəsində avropalıların qaz istehlakını artırıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti