...

Tramp 1 sentin istehsalının dayandırılmasına göstəriş verib

Dünya xəbərləri Materials 10 Fevral 2025 18:03 (UTC +04:00)
Tramp 1 sentin istehsalının dayandırılmasına göstəriş verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ABŞ-də ən kütləvi istehsal olunan 1 sent və "Linkolin penni" adlandırılan dövriyyə sikkələrin istehsalının dayandırılmasına göstəriş verib.

Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Ağ Ev rəhbəri öz “Truth Social” sosial şəbəkəsində bildirib ki, aşağı denominasiyalı sent sikkələrini istehsalını dayandırmaqla büdcə vəsaitinin "boşuna israf olunmasının" qarşını almaq olar.

Dövriyyədə olmasına rəğmən 1909-cu ildən bəri istehsal olunan Linkoln sentləri və ya penninin istehsalının nə dərəcədə səmərəli olması ilə bağlı uzun illərdir ki, ABŞ-da müzakirələr gedirdi. Mövcud inflyasiya səviyyəsini nəzərə almaqla, 1 sent gündəlik sövdələşmələrdə çox az istifadə olunur.

Hazırda Linkoln sentləri mislə cilalanmış sinkdən hazırlanır və 1 sentin istehsalı onun üzərindəki qiymətdən baha başa gəlir.

Qeyd edək ki, Linkolin senti eyni zamanda numizmatlar və kolleksionerlər arasında dünyanın ən populyar sikkələrindən sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti