...

Türkiyədə ötən il 842 terrorçu zərərsizləşdirilib

Dünya xəbərləri Materials 10 Fevral 2025 20:08 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Türkiyə hüquq-mühafizə orqanları 49 min 902 əməliyyat keçirib. Nəticədə terrorçu qruplaşmaların 842 üzvü zərərsizləşdirilib.

Trend xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya fevralın 10-da cənub-şərq əyaləti olan Şırnaka səfəri zamanı söyləyib.

O xatırladıb ki, Türkiyədə terrorizmlə mübarizə 40 ildən çox müddətdə davam edir.

“Terror təhlükəsi minimuma endirilir. Türkiyə bu təhlükənin ölkə gündəmindən tam yığışdırılmasına addım-addım nail olur”, - deyə A.Yerlikaya qeyd edib. O bildirib ki, Milli Müdafiə və Milli Kəşfiyyat Nazirliyi bu işə fəal töhfələrini verirlər.

Nazir Şırnakdakı Qabar dağı ərazisinə də diqqət çəkib: “Bu ərazidə əvvəlki illərdə terrorizmlə fəal mübarizə aparılıb. Bu gün ölkənin ən böyük “qara qızıl” yatağından neft hasilatı davam edir.

Xəbər lenti

Xəbər lenti