...

Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 38-ə çatıb

Dünya xəbərləri Materials 10 Fevral 2025 20:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Saxta spirtli içkidən ölən Ankara sakinlərinin sayı 38-ə çatıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Ankarada tibb müəssisələrinin reanimasiya şöbələrində 32 nəfər müalicə alır, daha 33 nəfər xəstəxanadan evə buraxılıb.

Ankara məhkəmə instansiyalarının qərarı ilə saxta alkoqollu içkilərin istehsalında ittiham olunan 19 nəfər həbs olunub.

Bundan əvvəl İstanbulda saxta spirtli içkilərdən 70 nəfər dünyasını dəyişmişdi.

Ölümcül alkoqollu içkilərdən istifadə edə biləcək şəxslərin müəyyən olunması üçün xüsusi qruplar yaradılıb.

Xəbər lenti

Xəbər lenti