Bakı. Trend:
ABŞ administrasiyası hələ də Yaxın Şərq ölkələrinin ABŞ prezidenti Donald Trampın Qəzza planına alternativlərlə çıxış edəcəyini gözləyir, lakin hələlik belə təkliflər daxil olmayıb.
Trend-in məlumatına görə, bu barədə "Sirius Satellite Radio" radiosunun proqramında ABŞ dövlət katibi Marko Rubio deyib.
O qeyd edib ki, İsraillə Fələstinin HƏMAS hərəkatı arasında hərbi əməliyyatlar nəticəsində Qəzza zolağı ciddi dağıntılara məruz qalıb, ona görə də onun bərpası üçün ciddi səylər tələb olunacaq.
"İndi ayağa qalxan və bu işdə kömək etməyə hazır olduğunu deyən yeganə şəxs Donald Trampdır. Bütün digər liderlər addım atmalıdırlar. Əgər onların daha yaxşı ideyası varsa, artıq deməyin vaxtıdır", - deyə o bildirib.