Bakı. Trend:
ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt Kelloq yaxın həftələrdə Donald Trampa Ukrayna ilə bağlı sülh variantlarını təqdim edəcək.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən bildirib.
Məlumata əsasən, Kelloq Almaniyada Münhen Təhlükəsizlik Konfransında, Kiyevə və digər Avropa paytaxtlarına səfərləri zamanı rəsmilərdən məlumat toplayacaq. Eyni zamanda qeyd edilib ki, ABŞ-ın xüsusi nümayəndəsi bu səfər zamanı Moskvaya səfər etməyi planlaşdırmır.
Kelloqun Avropa rəsmiləri ilə hər hansı sülh nizamlanmasının təmin edilməsi üçün çəkindirici qüvvənin təmin edilməsində liderlik etməyə hazır olduqlarını müzakirə edəcəyi gözlənilir.
Bundan əlavə, mənbələr Kelloqun müttəfiqlərini müdafiə xərclərini artırmağa çağıracağını bildiriblər.