Bakı. Trend:
Ukrayna artıq indidən hərbi vəziyyətin yumşaldılması barədə düşünməlidir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Avropa Komisiyasının Genişlənmə və Xarici Siyasət üzrə ali nümayəndəsi Qert Yan Kopman bildirib.
Kopman Ukraynadakı hərbi vəziyyətin müəyyən demokratik prosedurları dəyişdiyini bildirib və Ali Rada deputatlarını mövcud rejimi yumşaltmağa səsləyib.
“Məlum məsələdir ki, müharibə başa çatandan sonra və hərbi vəziyyət ləğv ediləndən sonra Ukrayna konstitusyon normaya qayıdacaq. Amma indidən sizə hərbi vəziyyətlə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin nə dərəcədə gərəkli və proporsional olduğunu araşdırmağı tövsiyə edirəm. Yəni, təfsilatlı şəkildə araşdırmağı”, - Kopman qeyd edib.