Bakı. Trend:
İnternetdə Meksika körfəzinin adının rəsmi dəyişdirilməsi prosesinə başlanılıb. Birləşmiş Ştatlardan olan istifadəçilər artıq körfəzin “Amerika körfəzi” deyə adlanlandırılmasının şahidi olurlar.
Trend xəbər verir ki, bu barədə “Google” korporasiyası şirkətin bloqunda məlumat bölüşüb.
“ABŞ-də Coğrafi Adların İnformasiya Sistemi rəsmi olaraq “Meksika körfəzi” adını “Amerika körfəzi” adına dəyişib”, - şirkətin məlumatında deyilir.
“Google” dan bildirilib ki, ABŞ-nin xəritələrindən istifadə edən insanlar onu “Amerika körfəzi” kimi, Meksikadan olan istifadəçilər isə əvvəlki kimi “Meksika körfəzi” olaraq görürlər.
Qeyd edək ki, bundan əvvəl Meksika hökuməti “Google” korporasiyasına ünvanladığı məktubda prezident Donald Trampın Meksika körfəzinin adının dəyişdirilməsi ilə bağlı fərmanının yalnız ABŞ ərazisi və ya onun sahillərindən 12 kilometr aralıya qədər olan su əraziləri üçün keçərli olduğunu bildirmişdi.