...

ABŞ-də Nyu-York merinə qarşı korrupsiya işi bağlanıb

Dünya xəbərləri Materials 11 Fevral 2025 10:54 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Ədliyyə Nazirliyi federal prokurorlara Nyu-York şəhərinin meri Erik Adamsa qarşı korrupsiya ittihamı üzrə qaldırılmış cinayət işinə xitam verilməsinə göstəriş verib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, ABŞ baş prokurorunun müavini onun məxfi sənədlərə çıxışı səlahiyyətinin bərpa olunmasını tapşırıb.

Nyu-York meri 2024-cü ilin sentyabr ayında korrupsiya ilə bağlı istintaqın başlanılmasından sonra bu səlahiyyətlərdən məhrum edilmişdi .Həmçinin prokurorlara 2025-ci ilin noyabr ayında Nyu-York merliyi üçün seçkilərin keçiriləcəyi vaxta qədər Adamsa qarşı əlavə istintaq tədbirlərinin görülməməsinə göstəriş verilib.

Qeyd edilir ki, Erik Adamsa qarşı korrupsiya ilə bağlı beş federal ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti