Bakı. Trend:
Ermənistan çətin ki, Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
"Məncə bu mümkün deyil. Biz, əlbəttə ki, hər bir konkret təklifi müzakirə edirik, lakin keçmiş təcrübələr çoxlu pis xatirələr saxlayıb, hələ də cavabı olmayan bir çox sualımız var", - o müvafiq suala cavabında bildirib.