...

ABŞ və Britaniya Paris konfransının bəyannaməsini rədd etdilər

Dünya xəbərləri Materials 11 Fevral 2025 17:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya Parisdə keçirilən süni intellekt üzrə sammitin bəyannaməsini imzalamaqdan imtina ediblər.

Trend xəbər verir ki, adıçəkilən ölkələr “açıq və etik süni intellekt” adlı sənədə dəstək göstərməyiblər.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Amerika Bİrləşmiş Ştatları başqa ölkələrin süni intellekt üzərində nəzarətin sərtləşdirilməsi cəhdlərini qəbul etməyəcək.

Onun sözlərinə görə, ifrat dərəcədə nizamlama süni intellekt sahəsinin özünün mövcudluğu üçün təhdid yaradıb.

Fevralın 10-dan 11-dək Parisdəki "Qran-Pale" sərgi mərkəzində süni intellektin təhlükəsiz istifadəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Tədbirdə 100-dən çox ölkənin nümayəndələri iştirak edərək, etika və beynəlxalq nizamlanmaya əsaslanan süni intellektin inkişafı üçün alternativ yollar təklif ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti