...

HƏMAS girovları azad etməsə, İsrail döyüşləri bərpa edəcək - Netanyahu

Dünya xəbərləri Materials 11 Fevral 2025 22:13 (UTC +04:00)
HƏMAS girovları azad etməsə, İsrail döyüşləri bərpa edəcək - Netanyahu

Bakı. Trend:

Fələstinin HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv döyüşləri bərpa edəcək.

Trend xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Mənim qəbul etdiyim və Nazirlər Kabinetinin yekdilliklə təsdiqlədiyi qərar belədir: HƏMAS şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu HƏMAS-ın tam məğlubiyyətinə qədər intensiv döyüşləri davam etdirəcək”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti