...

Qəzzanın yenidən qurulması üçün lazım olan vəsaitin məbləği açıqlanıb

Dünya xəbərləri Materials 12 Fevral 2025 02:10 (UTC +04:00)
Qəzzanın yenidən qurulması üçün lazım olan vəsaitin məbləği açıqlanıb

Bakı. Trend:

Qəzza zolağının yenidən qurulması üçün 53,142 milyard dollar həcmində vəsait lazımdır.

Trend xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

Onun sözlərinə görə, təkcə ilk üç ildə təxminən 20,568 milyard dollara ehtiyac olacağı təxmin edilir. Belə ki, ən böyük xərclər mənzil sektorunda (15,2 milyard dollar), ticarət və sənayedə (6,9 milyard dollar), səhiyyədə (6,9 milyard dollar), kənd təsərrüfatında (4,2 milyard dollar) və təhsildə (2,6 milyard dollar) gözlənilir.

Xəbər lenti

Xəbər lenti