Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) seçkilərə təsir göstərməkdə çox fəal iştirak edib.
Trend xəbər verir ki, bunu ABŞ hökumətinin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bəyan edib.
"USAID seçkilərə təsir etmək üçün “şübhəli vasitələrdən” istifadə edib. USAID-in gördüyü işlərin çoxu seçkilərə təsir etmək məqsədi daşıyırdı”, - deyə o qeyd edib.