Bakı. Trend:
Rusiya beş ildən sonra irimiqyaslı müharibəyə hazırlaşa bilər və NATO ölkələri üçün potensial təhdid meydana gələ bilər.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Rusiya təxminən altı ay ərzində onunla sərhədləri bölüşən ölkələrdən biri ilə lokal müharibəyə başlaya bilər.
"Bu təxminən iki ildən sonra bəzi və ya bir çox NATO ölkələri üçün real təhdid yaradacaq, beş ildən sonra isə Avropa qitəsində irimiqyaslı müharibəyə hazırlaşa bilər. ABŞ belə bir müharibəyə qarışmayacaq”,- məlumatda vurğulanıb.