...

Hindistan liderinə ölüm təhdidi gəlib

Dünya xəbərləri Materials 12 Fevral 2025 20:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanda Mumbay şəhər polis idarəsi ölkənin baş naziri Narendra Modinin təyyarəsinə terror hücumu ilə bağlı daxil olmuş telefon təhdidini araşdırır.

Trend xəbər verir ki, bu haqda “Hindustan Times” yazır.

Nəşrin məlumatına görə, polis məntəqəsinə Fransa və ABŞ-yə rəsmi səfərə yollanan hökumət başçısının təyyarəsinə mümkün hücumla bağlı zəng daxil olub.

Polis əldə olunmuş informasiyanın “ciddi xarakter” daşıdığını bildirib və bu haqda digər hüquq-mühafizə orqanlarını məlumatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti