...

Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib

Dünya xəbərləri Materials 12 Fevral 2025 14:00 (UTC +04:00)
Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamenti fevralın 12-də keçirilən iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, qanun layihəsini 63 deputat dəstəkləyib, 7 deputat isə əleyhinə çıxıb.

Qanun layihəsinin təşəbbüskarı 2 ay ərzində 60 min imza toplaya bilmiş (qanunla azı 50 min imza tələb olunur - red.) “Demokratik Qüvvələrin Platforması” vətəndaş təşəbbüsüdür. Bu imzalar layihənin baxılmaq üçün parlamentə təqdim edilməsi üçün lazım idi.

Xatırladaq ki, 2024-cü il yanvarın 9-da layihə Ermənistan Respublikası hökuməti tərəfindən təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti