Bakı. Trend:
Yunanıstan parlamenti keçmiş parlament sədri KostasTasulası ölkənin prezidenti seçib.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin əsas qanunverici orqanında keçirilən səsvermənin dördüncü turunun nəticələri göstərir.
Qeyd edək, 25 və 31 yanvar, həmçinin 6 fevral tarixlərində keçirilən öncəki səsvermələr uğursuzluqla nəticələnmiş, deputatlar dövlətin başçısını seçə bilməmişdilər.
Səsvermənin birinci və ikinci turlarında namizədliyi irəli sürülmüş şəxsin prezident seçilməsi üçün ümumi səslərin azı üçdə ikisi (300 yerli parlamentdən 200 səs), üçüncü turda isə beşdə üç üstünlük tələb olunurdu. Hər üç turda Tasulasa 160 parlamentari dəstək olmuşdu. Dördüncü turda isə prezidentin seçilməsi üçün 151 səs kifayət edirdi.