Bakı.Trend:
Almaniyada Xristian-Demokratlar və Xristian-Sosial İttifaqlar blokundan olan kanslerliyə namizəd Fridrix Mertz Avropa İttifaqının Birləşmiş Ştatlarla olan münasibətlərində zəiflik nümayiş etdirməsinin yolverilməz olduğunu bildirib.
Trend xəbər verir ki, bu haqda “Politico” yazır.
“Avropa İttifaqı Vaşinqtona bir cırtan kimi yaxınlaşmamalıdır, çünki o cür etsə, onunla elə cırtdan kimi davranacaqlar”, - deyə o bildirib və Avropa liderlərini “əzələ nümayiş etdirməyə” çağırıb.
Mertz, eyni zamanda, Donald Trampın bu yaxınlarda polad və alüminiuma tətbiq etdiyi 25 faizlik rüsumla bağlı da narahatlıq ifadə edib. Sözügedən qərar ABŞ və onun ticarət tərəfdaşları arasında gərginliyin artmasına yol açıb.