Bakı. Trend:
Rumıniyanın Prezidenti Klaus İohannis istefa verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Klaus İohannis səlahiyyətlərini dövlət başçısı vəzifəsinin müvəqqəti icraçısı İlie Bolojana təhvil verib.
Mərasim Rumıniya dövlət başçısının iqamətgahı olan Kotroçen sarayının parkında keçirilib.
2014-cü ildən Rumıniya prezidenti vəzifəsini icra edən İohannis fevralın 10-da “Rumıniya və Rumıniya vətəndaşlarını böhrandan xilas etmək üçün” istefa verdiyini açıqlayıb.
Prezident seçkiləri mayın 4-ü keçiriləcək.