Bakı. Trend:
ABŞ-də kommersiya məqsədli neft ehtiyatları son bir həftə ərzində 4,1 milyon barel artaraq 7 fevral 2025-ci il tarixinə 427,9 milyon barelə çatıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, hazırkı ehtiyat həcmi ilin bu dövrü üçün beşillik orta göstəricidən 4 % azdır.
Eyni zamanda, Londonun ICE birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 1,27 % azalaraq 76,02 dollar/barel, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 1,46 % ucuzlaşaraq 72,25 dollar/barel olub.