Bakı. Trend:
BMT Ukraynadakı münaqişənin həlli üçün bütün təşəbbüsləri dəstəkləyir və tələb olunarsa, bu prosesdə iştirak etməyə hazırdır.
Trend xəbər verir ki, bunu jurnalistlərə BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığını şərh edərkən deyib.
"Əlbəttə, biz müharibənin həlli istiqamətində həm Rusiya, həm də Ukrayna tərəfini cəlb edəcək istənilən səyləri alqışlayarıq. Bu baxımdan, hər iki tərəf prosesdə iştiraka hazırdırsa, bu, müsbət hal olacaq", – o vurğulayıb.