Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Suriyanın keçid dövrünün başçısı Əhməd əş-Şəraa ilə telefon danışığı aparıb.
Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər Suriyadakı vəziyyət, daxili dialoq məsələləri, humanitar yardım və vəziyyətin normallaşdırılması yollarını müzakirə ediblər. Söhbət zamanı həmçinin Rusiya nümayəndələrinin Dəməşqdə apardığı son danışıqlar fonunda ticarət-iqtisadi və təhsil əməkdaşlığı məsələlərinə də toxunulub.
Putin və Əhməd əş-Şəraa iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.