Bakı. Trend:
Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı kimi tərkibinə daxil olmayacağını bəyan edib.
Trend xəbər verir ki, bu barədə Castin Trüdo Brüsseldə jurnalistlərlə görüş zamanı açıqlama verib.
“Tam aydın danışmaq istəyirəm: Kanada heç vaxt 51-ci ştat olmayacaq. Bu heç vaxt baş verməyəcək”, – o bildirib.
Baş nazir həmçinin vurğulayıb ki, Ottava ABŞ Prezidenti Donald Trampın bu cür bəyanatlarına çox ciddi yanaşır.
Qeyd edək ki, fevralın 9-da Donald Tramp Kanadayı "yaşamaq qabiliyyəti olmayan ölkə" adlandırmış və müdafiə xərclərinin yetərincə olmadığını bildirərək yenidən onun 51-ci Amerika ştatı olmasını təklif etmişdi. Eyni gün ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts bəyan etmişdi ki, Ağ Ev rəhbəri Kanadaya hərbi müdaxilə planlaşdırmır.