...

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası Petro Poroşenkoya sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 13 Fevral 2025 02:21 (UTC +04:00)
Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası Petro Poroşenkoya sanksiyalar tətbiq edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası ölkənin keçmiş prezidenti, “Avropa Həmrəyliyi” partiyasının sədri və deputat Petro Poroşenkoya qarşı sanksiyalar tətbiq edib.

Trend xəbər verir ki, bu qərar Poroşenkonun yaxın tarixdəki fəaliyyətində dövlətə xəyanət ittihamları ilə əsaslandırılıb.

Yerli mətbuatın məlumatına görə, hazırda Petro Poroşenko ev dustaqlığında saxlanılır və güc strukturlarının nəzarəti altındadır.

Qeyd edək ki, ötən həftə Ali Radada müvafiq komitə də onun 6 ay müddətinə qanunverici orqanda fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul etmişdi.

Xəbər lenti

Xəbər lenti