...

Coca-Cola plastik butulkalarda içki istehsalını artırmağı planlaşdırır

Dünya xəbərləri Materials 13 Fevral 2025 03:24 (UTC +04:00)
Coca-Cola plastik butulkalarda içki istehsalını artırmağı planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin içki istehsalçısı Coca-Cola, alüminium qiymətlərinin artmağa davam edəcəyi təqdirdə, plastik butulkalarda içki istehsalını genişləndirə biləcəyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Şirkətin baş direktoru Ceyms Kuinsi bildirib ki, Coca-Cola bankalar üçün alüminiumu Kanadadan alır və qiymət artımını kompensasiya etmək üçün alternativ həll yolları axtarmağa məcburdur. Onun sözlərinə görə, alüminium qutuların bahalaşması halında, diqqət plastik butulkalarda istehsala yönəldiləcək.

"Məsələn, alüminium qutular bahalaşarsa, plastik şüşələrə daha çox diqqət yetirə bilərik", – deyə Kuinsi vurğulayıb.

Bununla yanaşı, o, qablaşdırma xərclərinin ümumi xərclərin yalnız kiçik bir hissəsini təşkil etdiyini qeyd edərək, tariflərin şirkətin biznesinə ciddi təsir göstərməyəcəyini bildirib. O vurğulayıb ki, alüminiumun qiyməti 25% artsa belə, bu, Coca-Cola-nın çoxmilyardlıq yerli istehsalında köklü dəyişikliklərə səbəb olmayacaq, çünki qablaşdırma ümumi xərclərin yalnız kiçik bir hissəsini təşkil edir.

Xəbər lenti

Xəbər lenti