...

Litva Seymi Çinin DeepSeek çat-botundan istifadəni qadağan edib

Dünya xəbərləri Materials 13 Fevral 2025 03:41 (UTC +04:00)
Litva Seymi Çinin DeepSeek çat-botundan istifadəni qadağan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litva Seyminin (parlamenti) kansleri rəhbərliyi mümkün məlumat sızması təhlükəsi ilə bağlı işçilərə Çinin DeepSeek çat-botundan iş cihazlarında istifadə etməyi qadağan edib.

Trend xəbər verir ki, bu barədə Seymin kansleri Alqirdas Stonçaytis jurnalistlərə açıqlama verib.

"Parlament aparatının əməkdaşlarına rəsmi məqsədlər üçün buraxılan cihazlarda DeepSeek-dən istifadə etməyi qadağan edən sərəncam imzalanıb. Bu qadağa Seym üzvlərinin müşavirlərinə də şamil edilir", – deyə Stonçaytis bildirib.

Kansler əlavə edib ki, indiyədək hər hansı insident qeydə alınmasa da, mümkün problemlərin qarşısını almaq üçün bu qərar qəbul edilib.

"Biz təhdidlərdən qaçmaq üçün qabaqlayıcı şəkildə reaksiya veririk", – deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti