Bakı. Trend:
Fransanın cənubundakı Qrenobl şəhərində yerləşən Olimpiya kəndindəki “Aksehir” bar və restoranında güclü partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “İci” radiostansiyası məlumat yayıb.
İlkin məlumatlara görə, bara qumbara atılıb, nəticədə 12 nəfər yaralanıb, onlardan 6-sının vəziyyəti ağırdır. Hadisə yerində 80 yanğınsöndürən işləyir.
Şəhər prokurorunun müavini Ture de Coucy, cinayətin narkotik ticarəti ilə bağlı ola biləcəyini ehtimal edir. Onun sözlərinə görə, hücum edən şəxsin üzərində “Kalaşnikov” avtomatı olub, lakin o, silahdan istifadə etməyib.
Qrenobl meri hadisəni sərt şəkildə pisləyərək bunu “eşidilməmiş zorakılıq” adlandırıb.