Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq məqsədilə Almaniya, Belçika və Ukraynaya səfər edəcək.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, fevralın 13-dən 22-dək davam edəcək səfər çərçivəsində Kelloq Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək, həmçinin NATO və Aİ-nin Brüsseldəki mənzil-qərargahında görüşlər keçirəcək. O, Avropada sabitliyin bərpası və Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı ABŞ ilə əməkdaşlıq etmək istəyən müttəfiq və tərəfdaşlarla müzakirələr aparacaq.
Ukraynada isə Kelloq yüksək vəzifəli rəsmilərlə görüşəcək. Dövlət Departamentindən bildirilib ki, Tramp döyüşlərin bitməli olduğunu açıq şəkildə bəyan edib və ABŞ uzunmüddətli həll yolunu dəstəkləməkdə israrlıdır.