Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio fevralın 13-18-də Almaniya, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus məlumat yayıb.
Rubio səfəri çərçivəsində Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək və G7 ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşəcək.
Fevralın 15-18-də o, İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-də rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərin əsas mövzuları HƏMAS-ın girov saxladığı şəxslərin azad edilməsi, Qəzzada atəşkəsə dair razılaşmalar və İranın regiondakı sabitliyi pozan addımlarına qarşı mübarizə olacaq.