...

Çin avtomobil ixracını 23% artırıb

Dünya xəbərləri Materials 13 Fevral 2025 06:53 (UTC +04:00)
Çin avtomobil ixracını 23% artırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Çin avtomobil ixracını 23% artıraraq ümumilikdə 6,41 milyon avtomobil ixrac edib.

Trend xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (ÇSAA) məlumatlarında qeyd olunur.

Çin avtomobillərinin əsas idxalçıları arasında Rusiya, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, Səudiyyə Ərəbistanı, Braziliya, Böyük Britaniya, Avstraliya, Filippin və Türkiyə yer alır.

Ötən il Rusiyaya 1,157,988 avtomobil tədarük olunub ki, bu da Çin avtomobillərinin ikinci ən böyük ixrac bazarı olan Meksikaya (445,006 ədəd) göndərilən avtomobillərin sayından təxminən iki dəfə çoxdur.

2024-cü ildə yeni enerji vasitələrinin (NEV) ümumi ixrac həcmi illik müqayisədə 12% artaraq 2,01 milyon ədədə çatıb.

ÇSAA-nın məlumatına görə, 2025-ci ilin yanvar ayında Çin 380 min minik avtomobili ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur. NEV-lər isə ümumi ixracın 36%-ni təşkil edib.

Xəbər lenti

Xəbər lenti