...

Müstəmləkəçi istismar Afrikanı resurslarından və insanlarından məhrum edib - BMT rəsmisi

Dünya xəbərləri Materials 13 Fevral 2025 07:18 (UTC +04:00)
Müstəmləkəçi istismar Afrikanı resurslarından və insanlarından məhrum edib - BMT rəsmisi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Atlantik qul ticarəti və müstəmləkəçi istismar Afrika qitəsini yalnız insan və təbii resurslarından deyil, həm də ləyaqətindən məhrum edib.

Trend Fana radiosuna istinadən xəbər verir ki, bunu BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qatete Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən Afrika İttifaqının İcraiyyə Şurasının (XİN başçıları səviyyəsində) sessiyasının açılışında bildirib.

“Müstəmləkəçilik Afrikada hələ də hiss olunan bərabərsizliklər qoyub – qlobal maliyyə sistemində, dünya ticarətində və idarəetmə institutlarında ədalətsizliklər qalmaqdadır. Buna görə də maliyyə kompensasiyalarının reparasiya danışıqlarında əsas məsələ kimi nəzərdən keçirilməsi vacibdir”, – deyə Qatete vurğulayıb.

Onun sözlərinə görə, Afrika iqtisadiyyatları qlobal kredit reytinqlərində lazımi qiymətləndirilmədən kənarda qalır, ticarət və investisiya siyasətində maneələr mövcuddur. Qitə dünya mineral xammal ehtiyatlarının 30 faizinə, o cümlədən qızılın 40 faizinə və xromit-platin ehtiyatlarının 90 faizinə sahib olsa da, dünya ticarətində cəmi 3 faiz paya malikdir və emal sənayesinin yalnız 1 faizini təşkil edir.

Dünyada əkinə yararlı torpaqların 65 faizi Afrikada yerləşsə də, qitənin iqtisadi potensialı hələ də tam reallaşdırılmayıb.

Xəbər lenti

Xəbər lenti