Bakı. Trend:
Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirləri martın 22-də Tokioda görüşməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Görüş zamanı, eyni zamanda, Tokioda xarici işlər nazirləri və iqtisadi məsələlərə cavabdeh olan nazirlərin iştirakı ilə “Yaponiya-Çin yüksək səviyyəli iqtisadi dialoqu”nun keçirilməsi də nəzərdə tutulur.
Çin, Cənubi Koreya və Yaponiya xarici işlər nazirlərinin rəhbərləri sonuncu dəfə 2023-cü ilin noyabrında Cənubi Koreyanın Busan şəhərində görüşüblər. Çinin xarici işlər naziri 2020-ci ildən bəri ilk dəfə Yaponiyaya səfər edəcək. Son zamanlar, iki ölkə arasında münasibətlərdə dialoqun intensivləşməsinin əlamətləri müşahidə olunur.
Pekin və Tokio nümayəndələri arasında əlaqələr 2024-cü ilin noyabrında Peruda keçirilən beynəlxalq konfransda Çin sədri Si Cinpin və Yaponiyanın baş naziri Şiqeru İşiba arasında keçirilən görüşdən sonra xüsusilə aktivləşib.