...

Avropada minik avtomobillərinin istehsalı azalıb

Dünya xəbərləri Materials 14 Fevral 2025 08:57 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yekunları üzrə Avropa ölkələrinin yarısında minik avtomobillərinin istehsalı minimum səviyyəyə düşüb.

Trend xəbər verir ki, ən çox azalma Slovakiyada qeydə alınıb.

Burada sözügedən maşınların buraxılışı 201 min azalaraq 739 min ədəd təşkil edib. Sonrakı yeri 165 min ədəd azalma ilə İtaliya tutur. İtaliyada cəmi 342 min avtomobil istehsal edilib.

Xəbər lenti

Xəbər lenti