...

Vaşinqton NATO ölkələrini ABŞ silahları və texnikası almağa çağırıb

Dünya xəbərləri Materials 14 Fevral 2025 21:00 (UTC +04:00)
Vaşinqton NATO ölkələrini ABŞ silahları və texnikası almağa çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ hökuməti NATO-nun öz qüdrətini qoruyub saxlaması üçün Avropa ölkələrini ABŞ silahları almağa çağırıb.

Trend xəbər verir ki, bu haqda “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

“Prezident Donald Trampın administrasiyası Böyük Britaniya və Avropadan olan müttəfiqlərinə NATO alyansına dəstək olmaq üçün ABŞ silahları və hərbi texnikasını almalarını istədiklərini bildirib”, - deyə agentliyin məlumatında deyilir.

Mənbələrin iddia etdiyinə görə, amerikalı rəsmilər son dövrlər bu çağırışı artıq bir neçə dəfə səsləndiriblər.

Avropalı müttəfiqlərə bildirilib ki, onlar alyans qüvvələrinin ABŞ silahları ilə tədarükünü artırsalar və Amerika şirkətlərinə investisiyanın miqdarını çoxaltsalar, ABŞ ümumi daxili məhsulun beş faizə qədərinin müdafiəyə xərclənməsi ilə NATO ölkələri üzərinə qoyulan tələbi yumşalda bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti