...

Türkiyədə əməliyyat: 2 tona yaxın narkotik maddə müsadirə olunub (VİDEO)

Dünya xəbərləri Materials 14 Fevral 2025 10:40 (UTC +04:00)
Türkiyədə əməliyyat: 2 tona yaxın narkotik maddə müsadirə olunub (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə Daxili İşlər Nazirliyi, Dövlət prokurorluğu və Narkotiklə bağlı Cinayətlərlə Müabrizə İdarəsinin narkotik vasitələrin ticarətinə qarşı irimiqyaslı birgə əməliyyatı keçirilib.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında paylaşım edib.

Nazir ölkədə son üç həftə ərzində keçirilən əməliyyatlarda ümumilikdə 1806 kiloqram narkotik vasitənin, o cümlədən 8 milyondon çox narkotik həblərin müsadirə olunduğunu və 2656 nəfərin şübhəli şəxs qismində saxlanıldığını qeyd edib.

"İrimiqyaslı əməliyyata ümumilikdə 3757 dəstə, 9392 şəxsi heyət, 40 təyyarə və ya helikopter, 75 xüsusi təlim keçmiş it cəlb olunub", - paylaşımda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti