...

Qazaxıstana uçan təyyarə Türkiyədə məcburi eniş edib

Dünya xəbərləri Materials 14 Fevral 2025 14:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Antalya-Astana reysi ilə uçan sərnişin təyyarəsi Türkiyənin Ərzurum şəhərinə məcburi eniş edib.

Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, təcili enişə səbəb təyyarə havada olarkən göyərtədə Ukrayna və Qazaxıstandan olan turistlər arasında düşən dava olub.

Ukraynadan olan cütlük ilə qazaxıstanlı qadınlar arasında düşən davanı təyyarə bələdçiləri belə ayıra bilmədiyindən pilotlar ən yaxındakı aeroporta eniş etməyi məqsədəuyğun biliblər.

Təyyarənin Ərzurumda məcburi eniş etməsindən sonra mübahisədə iştirak edən 4 nəfər polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti