Bakı. Trend:
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib.
Trend xəbər verir ki, bu barədə krallıq hökumətinin rəsmi saytında məlumat dərc olunub.
Siyahıya edilən əlavələr nəticəsində “Berdayuş” qeyri-filiz şirkətinin sahibi Artyom Çayka, Rusiyanın Texniki və İxrac Nəzarəti üzrə Federal Xidmətinin direktoru Vladimir Selin, Rusiya müdafiə nazirinin müavini Pavel Fradkova qarşı sanksiya tətbiq olunub.
Eyni zamanda, sanksiya siyahısına “Kirov-Enerqomaş” zavodu və “Rosatom Additivnıe Texnologii” şirkəti daxil edilib.
Bundan əvvəl, fevralın 11-də Böyük Britaniya hökuməti kiberməkanda qanunsuz fəaliyyətdə şübhəli bilinən Rusiyadan olan altı vətəndaş və iki təşkilata qarşı sanksiya elan etmişdi.