...

Kansler seçilməsəm, siyasətdən gedəcəyəm - Şolts

Dünya xəbərləri Materials 14 Fevral 2025 20:23 (UTC +04:00)
Kansler seçilməsəm, siyasətdən gedəcəyəm - Şolts
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyanın kansleri Olaf Şolts kansler seçilməyəcəyi təqdirdə siyasətdən uzaqlaşacağını bəyan edib.

Trend xəbər verir ki, bunu almaniyalı hökumət başçısı “Jung & Naiv” adlı video-podkastda açıqlayıb.

“Mənim A planım təkrar kansler seçilməkdir. Mənə ölkəm üçün uzun illər xidmət etmək şərəfi nəsib olub və mən ümid edirəm ki, bunu hələ uzun müddət edə biləcəyəm. Ancaq daha sonra yenidən adi vətəndaş olmaq vaxtı çatacaq”, - deyə Almaniya kansleri qeyd edib.

Bundan əvvəl Almaniya mətbuatında yayılmış məlumata əsasən, Almaniyanın Sosial Demokratik Partiyasının rəhbərliyi Olaf Şoltsun kansler postuna namizlədiyinin irəli sürülməsini istəmir.

Onun əvəzində bir çox partiya üzvləri hazırkı Almaniya müdafiə naziri Boris Pistoriusa dəstək olacaqlarına eyham vurublar. Ancaq partiya rəhbərliyi ilə keçirdiyi danışıqlarda Şolts kansler seçilməkdə qətiyyətli olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti